Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran-ABŞ arasında 14 maddəlik anlaşma layihəsi ilə bağlı yeni iddialar ortaya çıxdı

2 dəq
Paylaş:
İran-ABŞ arasında 14 maddəlik anlaşma layihəsi ilə bağlı yeni iddialar ortaya çıxdı

İran və ABŞ arasında müzakirə olunduğu iddia edilən 14 anlaşma memorandumu layihəsinə dair yeni təfərrüatların ortaya çıxdığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər veri ki, bununla bağlı İran mətbuatı məlumat yayıb.

Məlumata görə, tərəflər arasında aparılacaq İranın raket proqramını əhatə etmədən, yalnız nüvə və iqtisadi məsələlər üzərində cəmlənəcək.

Qeyd olunur ki, layihədə ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların , İran ətrafındakı qüvvələrin geri çəkilməsi, dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazının yenidən açılması, neft sanksiyalarının ləğvi və dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması kimi öhdəliklər yer alıb.

Məlumatda həmçinin ABŞ-nin İran iqtisadiyyatının bərpasına yönəlmiş plan təqdim etməsinin nəzərdə tutulduğu bildirilir.

Layihədə iki ölkə arasında yekun danışıqların İranın raket proqramı gündəmə gətirilmədən, nüvə və iqtisadi mövzular ətrafında aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən anlaşma layihəsi ilə bağlı İran və ABŞ rəsmiləri tərəfindən hələlik hər hansı verilməyib. Buna görə də yayılan məlumatlar hazırda yalnız media iddiası kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax