İsrailin baş naziri Benyamin Netanyahu nasist lideri Adolf Hitlerlə eyni aqibəti yaşaya bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Soyqırım Netanyahu üçün eyni son olacaq, soyqırım Hitlerlə eyni olacaq”, - deyən o, bəşəriyyətin Fələstin xalqının yanında olacağını bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin xalqını dəstəkləməklə “insanlığın vicdanının səsinə” çevrilib.
Ərdoğan daha əvvəl demişdi ki, Türkiyə İsrailə qoşun yeridə bilər. Onun fikrincə, “belə addımlar atmaq” üçün Türkiyənin güclü olması lazımdır.
Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, İsrailin işğalı halında Ərdoğan İraqın edam edilmiş lideri Səddam Hüseynin taleyini təkrarlaya bilər.