Əsas məzmuna keç

Netanyahu Hitlerin taleyini yaşaya bilər

Netanyahu Hitlerin taleyini yaşaya bilər

bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. “Soyqırım Netanyahu üçün eyni son olacaq, soyqırım...

İsrailin baş naziri Benyamin nasist lideri Adolf Hitlerlə eyni aqibəti yaşaya bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Türkiyənin naziri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Soyqırım Netanyahu üçün eyni son olacaq, soyqırım Hitlerlə eyni olacaq”, - deyən o, bəşəriyyətin Fələstin xalqının yanında olacağını bildirib.

Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Fələstin xalqını dəstəkləməklə “insanlığın vicdanının səsinə” çevrilib.

Ərdoğan daha əvvəl demişdi ki, Türkiyə İsrailə qoşun yeridə bilər. Onun fikrincə, “belə addımlar atmaq” üçün Türkiyənin güclü olması lazımdır.

Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, İsrailin işğalı halında Ərdoğan İraqın edam edilmiş lideri Səddam Hüseynin taleyini təkrarlaya bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…