İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp mayın 20-si gecə telefon danışığı aparıblar .
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, söhbət İrana qarşı Amerika-İsrail hərbi kampaniyasının mümkün bərpası ilə bağlı xəbərlər fonunda qərar qəbul etmək ərəfəsində baş tutub.
Bir neçə gün əvvəl ABŞ lideri Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xahişi ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə salmaq qərarına gəldiyini açıqladı və Tehranla razılığa gəlmək ehtimalını əsas gətirdi.
Ötən gün o, ABŞ-nin İranla bağlı münaqişədə diplomatiyaya gələn həftənin əvvəlinə qədər şans verməyə hazır olduğunu və hərbi əməliyyatların bərpasını həmin vaxta qədər təxirə saldığını bildirdi.