Nərimanov rayonunda içməli su xəttində qəza olub

Nərimanov rayonunda içməli su xəttində qəza olub
24.02.2025 11:43
Aa
dəq

Bakının Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyindən (ADSEA) bildirilib.

Fasiləyə səbəb rayon üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə qəzanın baş verməsidir.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər aparılır.

Fevralın 25-i günün ikinci yarısınından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Həftənin ən çox oxunanları