Əsas məzmuna keç

Nepalda 72 nəfərin öldüyü təyyarə qəzasının baş vermə səbəbi açıqlanıb

Nepalda 72 nəfərin öldüyü təyyarə qəzasının baş vermə səbəbi açıqlanıb

bu barədə Nepal hökuməti açıqlama verib. Belə ki, Nepal hökuməti tərəfindən təyyarə qəzalarını araşdırmaq üçün təyin edilən 5 üzvdən ibarət komissiya...

hökuməti tərəfindən təyin edilmiş müfəttişlərin hazırladığı hesabatda 72 nəfərin həyatını itirdiyi təyyarə qəzasının pilotların səhvən təyyarənin enerjisini kəsməsi nəticəsində fəsadlar səbəbindən baş verdiyi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nepal hökuməti açıqlama verib.

Belə ki, Nepal hökuməti tərəfindən təyyarə qəzalarını araşdırmaq üçün təyin edilən 5 üzvdən ibarət komissiya paytaxt Katmandudan Poxaraya havalanan Yeti Hava Yollarına məxsus "ATR 72" tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı açıqlayıb.

Qəzaya həm insan səhvi, həm də diqqətsizliyin səbəb olduğu bildirilən xəbərə görə, qəzanın ən çox ehtimal olunan səbəbinin pilotların uçuş zamanı elektrik enerjisini təsadüfən kəsməsi və yaranan fəsadlar olduğu bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…