Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu gün Nepalda milli matəm günü elan edildi

2 dəq
Paylaş:
Bu gün Nepalda milli matəm günü elan edildi

Nepalda Çinlə sərhəddə bölgədə baş verən dağıdıcı daşqın və torpaq sürüşmələrindən sonra 7 sentyabr milli günü elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Təbii fəlakətin 13-cü günündə hökumət 1340-dan çox insanın xatirəsini yad edib.

Qeyd edək ki, avqustun 26-da Çinin sərhədində yerləşən Rasuva bölgəsi və ətraf ərazilərdə yüksək dağlarında süxurlarının çökməsi nəticəsində güclü torpaq sürüşmələri baş verib. Fəlakət nəticəsində təxminən 5 min nəfər, o cümlədən 589 əcnəbi hələ də itkin hesab olunur. Nepalın şimal və mərkəzi bölgələrində infrastruktura ciddi ziyan dəyib. Ən çox zərər çəkən ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. səbəbindən ən azı 32 min ailə təxliyə edilib, təxminən 7500 ev isə tamamilə dağılıb. Fəlakətin Çinin bəzi ərazilərinə də təsir etdiyi bildirilir. Çin ölkənin cənub-qərbində yerləşən muxtar bölgəyə 2500-dən çox xilasedici göndərib. Çin ərazisində isə 43 nəfərin öldüyü, 519 nəfərin itkin düşdüyü bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə