Fransa Hərbi Dəniz Qüvvələri beynəlxalq sanksiyalar siyahısında yer alan və Rusiyaya məxsus olduğu ehtimal edilən "Tagor" adlı tankeri ələ keçirib. Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında etdiyi paylaşımda əməliyyatın Atlantik okeanında, açıq dənizdə bir neçə tərəfdaş ölkənin, o cümlədən Böyük Britaniyanın dəstəyi ilə reallaşdırıldığını bildirib.
Qeyd edək ki, Fransa hakimiyyəti tərəfindən Rusiyaya aid olduğu şübhə doğuran və xarici bayraq altında üzən gəmilərin saxlanılması halları daha əvvəl də qeydə alınıb. Rusiya tərəfi isə Qərbin bu cür addımlarını "XXI əsrin piratlığı" adlandıraraq kəskin tənqid edib.