Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransadan gözlənilməz addım: sanksiyalı tanker saxlanıldı

1 dəq
Paylaş:
Fransadan gözlənilməz addım: sanksiyalı tanker saxlanıldı

Fransa Prezidenti Makron ölkə donanmasının Rusiyaya məxsus iddia edilən "Tagor" tankerini saxladığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Makron hesabında paylaşım edib.

Fransa liderinin sözlərinə görə, tanker sanksiyalar altındadır. O bildirib ki, Atlantik okeanında, açıq dənizdə bir neçə tərəfdaş ölkənin dəstəyi ilə həyata keçirilib.

"Bu əməliyyat Atlantik okeanında, açıq dənizlərdə, Britaniya da daxil olmaqla bir neçə tərəfdaşın dəstəyi ilə həyata keçirilib", - deyə Makron vurğulayıb.

Qeyd edək ki, bu, Fransa hakimiyyət orqanlarının Rusiyaya məxsus olmaqda şübhəli bilinən xarici bayraq altında üzən gəmini saxladığı ilk hadisə deyil. Rusiya tərəfi isə daha əvvəl Qərb ölkələrinin bu cür addımlarını "XXI əsrin piratlığı" kimi qiymətləndirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax