Fransa Prezidenti Emmanuel Makron ölkə donanmasının Rusiyaya məxsus olduğu iddia edilən "Tagor" tankerini saxladığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Makron sosial şəbəkə hesabında paylaşım edib.
Fransa liderinin sözlərinə görə, tanker beynəlxalq sanksiyalar altındadır. O bildirib ki, əməliyyat Atlantik okeanında, açıq dənizdə bir neçə tərəfdaş ölkənin dəstəyi ilə həyata keçirilib.
"Bu əməliyyat Atlantik okeanında, açıq dənizlərdə, Britaniya da daxil olmaqla bir neçə tərəfdaşın dəstəyi ilə həyata keçirilib", - deyə Makron vurğulayıb.
Qeyd edək ki, bu, Fransa hakimiyyət orqanlarının Rusiyaya məxsus olmaqda şübhəli bilinən xarici bayraq altında üzən gəmini saxladığı ilk hadisə deyil. Rusiya tərəfi isə daha əvvəl Qərb ölkələrinin bu cür addımlarını "XXI əsrin piratlığı" kimi qiymətləndirmişdi.