Operativ Məlumat Mərkəzi

“Neftçi” “Səbail”i məğlub edərək ikinci pilləyə yüksəlib

1 dəq
Paylaş:
“Neftçi” “Səbail”i məğlub edərək ikinci pilləyə yüksəlib
günün yeganə qarşılaşmasında “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23-cü dəqiqədə...

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23-cü dəqiqədə “Səbail”in müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.

"Ağ-qaralar"ın heyətində cəmi 3 dəqiqədən sonra Azər Salahlı fərqlənib. Matçın yekun nəticəsini isə 85-ci dəqiqədə Yeqor Boqomolski müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla beşinci sırada qərarlaşıb.

Qeyd edək ki, III dövrənin son turunun digər qarşılaşmaları martın 16-17-də oynanılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər