"Neftçi" - "Səbail" matçında qalib müəyyənləşməyib

"Neftçi" - "Səbail" matçında qalib müəyyənləşməyib
14.08.2023 22:11
Aa
dəq

Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilk turu məğlubiyyətlə başa vuran "Neftçi" və "Sabail" komandaları üz-üzə gəliblər.

"Neftçi Arena"dakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hesabı 34-cü dəqiqədə qonaqlardan Pedro Nunu açıb. 82-ci dəqiqədə Kenni Sayef penaltini dəqiq yerinə yetirək "ağ-qaralar"ı məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra ilk xallarını qazanan komandalar müvafiq olaraq 8 və 9-cu yerləri tuturlar.

Həftənin ən çox oxunanları