Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Neftçi” mövsümü qələbə ilə yekunlaşdırıb

2 dəq
Paylaş:
“Neftçi” mövsümü qələbə ilə yekunlaşdırıb

Misli Premyer Liqasında cari mövsümün son oyununa çıxan “Neftçi” çempionatı qələbə ilə başa vurub. UEFA Konfrans Liqasına vəsiqəni daha öncədən təmin etmiş “ağ-qaralar” XXXIII tur çərçivəsində Mehdi Hüseynzadə adına şəhər stadionunda “Kəpəz”lə qarşılaşıb.

Gərgin keçən mübarizə Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 54-cü dəqiqədə Freddi Varqas vurub. Qeyd edək ki, 65-ci dəqiqədə “Neftçi”nin heyətində İfeanyi Metyu birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib.

Bu nəticədən sonra “Neftçi” 59 turnir cədvəlinin dördüncü pilləsində tamamlayıb. “Kəpəz” isə 27 xalla onuncu sırada qərarlaşıb.

Xatırladaq ki, turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

  • “Qəbələ” – “”: 3:1
  • “Sabah” – “Turan Tovuz”: 2:1
  • ” – “Sumqayıt”: 4:3

Günün növbəti matçında “Araz-Naxçıvan” və “Zirə” komandaları qarşılaşacaq. Misli Premyer Liqasında mövsümə mayın 24-də keçiriləcək “İmişli” – “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax