Misli Premyer Liqasında cari mövsümün son oyununa çıxan “Neftçi” çempionatı qələbə ilə başa vurub. UEFA Konfrans Liqasına vəsiqəni daha öncədən təmin etmiş “ağ-qaralar” XXXIII tur çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Kəpəz”lə qarşılaşıb.
Gərgin keçən mübarizə Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 54-cü dəqiqədə Freddi Varqas vurub. Qeyd edək ki, 65-ci dəqiqədə “Neftçi”nin heyətində İfeanyi Metyu birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib.
Bu nəticədən sonra “Neftçi” mövsümü 59 xalla turnir cədvəlinin dördüncü pilləsində tamamlayıb. “Kəpəz” isə 27 xalla onuncu sırada qərarlaşıb.
Xatırladaq ki, turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
Günün növbəti matçında “Araz-Naxçıvan” və “Zirə” komandaları qarşılaşacaq. Misli Premyer Liqasında mövsümə mayın 24-də keçiriləcək “İmişli” – “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq.