Operativ Məlumat Mərkəzi

Neft Daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Neft Daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA
şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 20-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4...

Sentyabrın 18-i saat 15:00-a olan məlumata əsasən Göygöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, Qrız, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 20-25 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Göygöl, Balakən, Şəki, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20 dərəcəyədək isti, Naxçıvan MR-da 25 dərəcəyədək isti, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər