Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb
12.04.2023 09:53
Aa
dəq

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,47 ABŞ dolları, yaxud 0,53 % azalaraq 88,44 ABŞ dolları təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 85,69 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Həftənin ən çox oxunanları