Əsas məzmuna keç

Nazirlikdən aktyorun corab satmasına REAKSİYA

Nazirlikdən aktyorun corab satmasına REAKSİYA

Mədəniyyət Nazirliyi aktyorla bağlı məlumat yayıb. Qeyd olunur ki, Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin...

Azərbaycanın tanınmış aktyoru Allahverdi Yolçuyev maddi çətinliklər səbəbindən corab satmaqla məşğuldur. Sözügedən məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nazirliyi aktyorla bağlı məlumat yayıb.

Qeyd olunur ki, Allahverdi Yolçuyevlə bağlı məsələlər Respublikası Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir:

" dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir".

Məlumatda qeyd olunub ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: "Bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir".

Xatırladaq ki, Aktyor Allahverdi Yolçuyev müxtəlif illərdə teatr və televiziya sahəsində fəaliyyət göstərib. O, 1979-1981-ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, 1985-1987-ci illərdə isə Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Sonrakı illərdə, 1987-2016-cı illərdə televiziya və radio sahəsində fəaliyyət göstərərək, "Laylay", "Göydən üç alma düşdü" və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…