Əsas məzmuna keç

Nazirlik: Meymunçiçəyi virusuna qarşı antibiotiklərdən istifadə olunmamalıdır

Nazirlik: Meymunçiçəyi virusuna qarşı antibiotiklərdən istifadə olunmamalıdır

Meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Zakir Quliyev virusla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər:

“Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən istifadə sağalma periodunu gecikdirə bilər. Xəstənin ağırlaşma halında tətbiq olunsa belə, bu təkcə həkim göstərişi ilə edilməlidir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…