Nazirlik erkən nikahın yeniyetmələrin sağlamlığına vura biləcəyi fəsadları açıqlayıb

Nazirlik erkən nikahın yeniyetmələrin sağlamlığına vura biləcəyi fəsadları açıqlayıb
15.05.2023 11:21
Aa
dəq

Səhiyyə Nazirliyi erkən nikahın yeniyetmələrin sağlamlığına vura biləcəyi fəsadları açıqlayıb

"Erkən nikah nikahda olan fərdlərə, onların uşaqlarına, ümumilikdə ailə institutuna (sisteminə) və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Erkən nikaha daxil olan qızlar ana və uşaq ölümü, təhsildən və inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşirlər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova deyib.

O bildirib ki, ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir: "18 yaşına çatmadan nikaha daxil olmaq uşaqlıq dövrünün qısaldılması, uşaqların əsas hüquqlarının pozulması deməkdir".

Mütəxəssis yeniyetmə hamilədə hansı ağırlaşmaların baş verə biləcəyinə aydınlıq gətirib: "Hamiləlik zamanı yeniyetmələrdə daha tez-tez qan təzyiqinin qalxması (hipertoniya), qan azlığı (anemiya), preeklampsiya dəqiq səbəbi məlum olmayan hamiləliyin 2-ci yarısında qan təzyiqinin qalxması və sidik ilə zülalın itirilməsi (proteinuriya) müşayiət olunur. Bu vəziyyət ağır hallarda ana və körpənin həyatı üçün təhlükə yarada bilər. Yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da daha tez-tez müşahidə olunur. Doğuş zamanı yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı səbəbindən obstruktiv doğuş (adekvat doğuş fəaliyyətinə baxmayaraq, doğum kanalında dölün gələcək hissəsinin irəliləyişi müşahidə olunmur), ləng doğuş, qanaxma, həmçinin eklampsiya (çox vaxt dölün və ananın ölümü ilə nəticələnə bilən qıcolmalar) kimi fəsadlara daha tez-tez rast gəlinir".

O, həmçinin yeniyetmə ananın körpəsində hansı problemlərin olacağına da toxunub: "Ananın fiziki problemləri səbəbindən doğulan uşaqların azçəkili olması ehtimalı daha yüksəkdir və bununla bağlı onların xəstələnmə ehtimalı da artır. Əhəmiyyətli amillərdən biri də demək olar ki, özü uşaq olan anaların körpələri böyütmək üçün kifayət qədər bilik və bacarıqlarının olmamasıdır. Bu qadınların reproduktiv sağlamlıq haqqında əsas məlumatlarının yoxluğu, çatışmaması, cinsi münasibətləri müzakirə etmək bacarıqlarının olmaması özlərinin, eyni zamanda körpələrinin sağlamlığına ciddi təhlükə yaradır".

Həftənin ən çox oxunanları

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu