Operativ Məlumat Mərkəzi

Nazir: XİN başçılarının bugünkü görüşü qlobal problemləri müzakirə etmək imkanı yaradır

1 dəq
Paylaş:
Nazir: XİN başçılarının bugünkü görüşü qlobal problemləri müzakirə etmək imkanı yaradır
bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. “Şübhə yoxdur ki, dünya iqtisadiyyatı indi tədricən ənənəvi enerjidən “yaşıl enerji”yə keçir...

Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşü təkcə regional məsələləri deyil, həm də qlobal problemləri, eləcə də iqlim problemlərini dərindən müzakirə etmək imkanı yaradır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Şübhə yoxdur ki, dünya iqtisadiyyatı indi tədricən ənənəvi enerjidən “yaşıl enerji”yə keçir və bizim baxışımız da gələcəyə doğru yönəlməlidir”, - o vurğulayıb.

C.Bayramov əlavə edib ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Nazir üç ölkənin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində iştirak edəcəyinə və regiondakı problemlərin aradan qaldırılması üçün birgə fəaliyyəti davam etdirəcəyinə əminliyini ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər