Operativ Məlumat Mərkəzi

Naxçıvanda vergi daxilolmaları 35% artıb

1 dəq
Paylaş:
Naxçıvanda vergi daxilolmaları 35% artıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 120,6 milyon manatdan çox vergi daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 35% və ya 31 milyon manat çoxdur.

Qeyd edək ki, Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% və ya 35 milyon manat artıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər