Naxçıvanda taxıl sahəsində yanğın olub

Naxçıvanda taxıl sahəsində yanğın olub
19.06.2023 19:41
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində taxıl zəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində taxıl zəmisində baş vermiş yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və ətraf sahələrə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 4 hektar olan taxıl zəmisinin 0,5 hektar biçilmiş və 0,3 hektar biçilməmiş hissəsi yanıb.

Zəminin böyük hissəsi və bitişik sahələr yanğından mühafizə edilib.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu