Operativ Məlumat Mərkəzi

Naxçıvanda sərnişindaşıma tarifləri tənzimlənəcək

1 dəq
Paylaş:
Naxçıvanda sərnişindaşıma tarifləri tənzimlənəcək
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri”nin təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

"Operativ Məlumat Mərkəzi - OMM"-in xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Bundan sonra Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər