Naxçıvanda may-avqustda 13 minə yaxın uçotdan yayınma halı aşkarlanıb

Naxçıvanda may-avqustda 13 minə yaxın uçotdan yayınma halı aşkarlanıb
22.09.2023 15:52
Aa
dəq

Bu ilin may-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb və bu zaman vergi ödəyicilərinin faktiki uçot məlumatları ilə vergi orqanlarının uçot baza məlumatlarının müqayisəsi ilə 12 542 kənarlaşma aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bununla yanaşı, təsərrüfat obyektlərinin mövcudluğu, vergi ödəyicilərinin və obyektlərinin fəaliyyət növü, təsərrüfat subyektinin (obyektinin) vəziyyəti (aktiv, passiv), obyektdən istifadə hüquqlarının araşdırılması, sahəsi və digər uçot məlumatları dəqiqləşdirilib. Dürüstləşdirmə dövründə 361 ədəd köhnə nəsil nəzarət kassa aparatı (NKA) qeydiyyatdan çıxarılıb, 279 ədəd yeni nəsil NKA-nın və 302 ədəd POS-terminalın tətbiqi təmin edilib.

Dürüstləşdirilmə prosesi çərçivəsində uçot məlumatlarında olan uyğunsuzluqlar və müşahidə zamanı aşkar edilmiş kənarlaşmalar vergi ödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla aradan qaldırılıb.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu