Əsas məzmuna keç

Naxçıvanda 18 sahibkara güzəştli kredit ayrılıb

Naxçıvanda 18 sahibkara güzəştli kredit ayrılıb

Cari ilin ilk 4 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 18 sahibkar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun...

Cari ilin ilk 4 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 18 sahibkar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıb.

Fonddan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 907 güzəştli ayrılıb. Layihələrin icrası nəticəsində 39 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #min manat#kredit
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…