Operativ Məlumat Mərkəzi

NATO Şimali Koreyanın ballistik raket sınağını pisləyib

1 dəq
Paylaş:
NATO Şimali Koreyanın ballistik raket sınağını pisləyib

NATO Şimali Koreyanın Yaponiya dənizindəki qitələrarası ballistik raket sınağını pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

NATO rəsmisinin müavini Dylan Uayt bildirib ki, Şimali Koreyanın uzun mənzilli ballistik raketi sınaqdan keçirməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.

Uaytın sözlərinə görə, Şimali Koreya ötən ildən bəri rekord sayda ballistik raket buraxıb: "Pxenyanın bu təxribatları regional beynəlxalq təhlükəsizliyə ziyan vurur. Şimali Koreya bu ehtiyatsız münasibətə son qoymalı, qanunsuz nüvə və ballistik raket proqramlarından imtina etməli, vicdanlı diplomatiyaya icazə verməlidir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər