2024-cü il parlament seçkiləri və sonrakı hadisələr kontekstində müttəfiqlər NATO-nun Gürcüstanla əməkdaşlığı yrnidən nəzərdən keçiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər NATO- nun illik hesabatında əksini tapıb.
Alyansın baş katibi Mark Ruttenin 2025-ci il hesabatında deyilir ki, yuxarıda qeyd olunanların nəticəsi olaraq, "NATO-Gürcüstan Əsas Paketi"nin bəzi aspektləri də daxil olmaqla, NATO-Gürcüstan əməkdaşlığının elementləri prioritet baxımından yenidən müəyyən edilib.
Hesabata görə, Gürcüstan Müdafiə Qüvvələri ilə müdafiə sahəsində əməkdaşlıq irəliləyib və bu, may ayında keçirilən NATO-Gürcüstan təlimlərində öz əksini tapıb.
Ruttenin hesabatında deyilir ki, "NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisi Cənubi Qafqaz regionundakı hər üç tərəfdaşla əməkdaşlığı davam etdirir.
Hesabata görə, 2025-ci il ərzində NATO məsləhətçilərindən ibarət böyük bir qrup, müdafiə qabiliyyətlərini və Alyansla qarşılıqlı fəaliyyətini artırmaq üçün gürcü həmkarları ilə işləməyə davam edib.