Sentyabrın 3-dən oktyabrın 8-dək Latviyada NATO-nun bir neçə ölkəsinin hərbçilərinin iştirakı ilə “Namejs 2024” hərbi təlimləri keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumata görə, Baltikyanı respublikadan və Şimali Atlantika Alyansının digər ölkələrindən, o cümlədən ABŞ, Estoniya, Litva və Kanadadan 11 minə yaxın hərbçi Latviya Milli Silahlı Qüvvələri ilə birgə təşkil olunacaq təlimlərdə iştirak edəcək.
Təlim zamanı səfərbərlik mexanizmlərinin işinin sınaqdan keçirilməsi və təkmilləşdirilməsi, habelə dövlət sərhədinin möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi planlaşdırılır.