“Rusiya siyasi baxımdan təkcə Ukraynada deyil, həm də onun yaxın ətrafı, Qafqaz və Mərkəzi Asiyada öz təsirini itirir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə məhsuldar görüş keçirdiklərini deyən Stoltenberq gələcək il üçün iddialı iş proqramını təsdiqlədiklərini bildirib.
İclasda meydandakı vəziyyəti də müzakirə etdiklərini qeyd edən Stoltenberq, “Ukrayna irəliləyərkən Rusiya geridə qaldı. İndi siyasi, hərbi və iqtisadi baxımdan daha zəifdir. Siyasi baxımdan Rusiya təkcə Ukraynada deyil, həm də Qafqazda və Mərkəzi Asiyada öz təsirini itirir. Rusiya getdikcə Çindən asılı vəziyyətə düşür. Hər il Moskva öz gələcəyini Pekinə girov qoyur. Hərbi cəhətdən Rusiya adi qüvvələrinin əhəmiyyətli bir hissəsini itirdi", - deyə qeyd edib.