NATO planlarına uyğun olaraq Türkiyədə Türk Korpusunun regional qərargahı yaradılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, bu struktur ölkənin müdafiəsini alyans qüvvələri ilə birlikdə koordinasiya edəcək və zərurət olduqda qoşunlara komandanlıq edəcək.
Söhbət Türkiyə Regional Çoxmillətli Korpusu (MNC-T) adlı strukturdan gedir. Bu qurum NATO qüvvələri ilə birgə ölkənin müdafiəsini koordinasiya edəcək.
Planlaşdırılır ki, qərargah həm NATO çərçivəsində əməliyyatların koordinasiyasını həyata keçirsin, həm də lazım gəldikdə yerləşdirilmiş qoşunların idarə olunmasını üzərinə götürsün.
Qeyd olunur ki, bu təşəbbüs Türkiyə ilə NATO arasında hərbi əməkdaşlığın gücləndirilməsinə, eləcə də regionda operativ reaksiya imkanlarının artırılmasına yönəlib.
Plana əsasən, yeni qərargah mümkün böhran vəziyyətlərində alyansın fəaliyyətinin koordinasiyasında mühüm rol oynayacaq.