Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NASA Ay bazası layihəsi üçün 600 milyon dollarlıq yeni müqavilələr imzalayıb

3 dəq
Paylaş:
NASA Ay bazası layihəsi üçün 600 milyon dollarlıq yeni müqavilələr imzalayıb

NASA gələcək yeddi il ərzində Ay bazası layihəsinə ümumilikdə 20 milyard dollar sərmayə qoymağı hədəfləyir və bu istiqamətdə hazırlıqları sürətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qurum ötən ay proqram çərçivəsində ilk pilotsuz missiyalar üçün təxminən 1 milyard dollar ayrıldığını açıqlayıb. Hazırda isə Ayda daimi baza qurulması məqsədilə ticari tərəfdaşlarla genişləndirilir.

Məlumata görə, NASA-nın yeni Ay eniş aparatları üzrə qazanan şirkətlər sırasında ABŞ-nin Pensilvaniya ştatında yerləşən "", Texasda fəaliyyət göstərən “” və “Intuitive Machine”s yer alır.

Bildirilib ki, müqavilə şərtlərinə əsasən, büdcə bölgüsü belə müəyyənləşib: Firefly Aerospace şirkətinə 144,2 milyon dollar, şirkətinə 148,3 milyon dollar, Astrobotic şirkətinə isə 2028-ci il missiyaları üçün iki əlavə eniş aparatı hazırlamaq məqsədilə 297,9 milyon dollar vəsait ayrılıb. Qeyd olunur ki, son altı ildə Astrobotic-ə Ay layihələri üzrə ayrılan ümumi vəsait 600 milyon dolları ötüb.

Məlumata görə, şirkətlər yeni eniş aparatlarını sıfırdan hazırlamır, əksinə, əvvəlki kosmik missiyalarda istifadə olunmuş texnologiyaların təkmilləşdirilmiş versiyaları üzərində işləyirlər.

Bununla yanaşı, NASA rəhbəri Jared Isaacman qurumun Kaliforniyadakı “Jet Propulsion Laboratory” mərkəzində saxlanılan və Marsın tədqiqi üçün nəzərdə tutulan “Promise” adlı robotun Ayın cənub qütbündə resurs axtarışı məqsədilə yenidən təchiz edilərək göndərilə biləcəyini açıqlayıb.

Digər tərəfdən, Jeff Bezosun sahibi olduğu Blue Origin şirkətinin planları da diqqət mərkəzindədir. Şirkətin keçirdiyi mühərrik sınağı zamanı raketin partlaması səbəbindən bu il üçün nəzərdə tutulan pilotsuz Ay missiyasının gələn ilə təxirə salına biləcəyi bildirilir.

NASA-nın Ay bazası proqramının rəhbəri Carlos Garcia-Galan isə Astrobotic şirkətinə məxsus eniş aparatının bu il uçuş həyata keçirmə ehtimalının hələ də gündəmdə olduğunu qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax