Operativ Məlumat Mərkəzi

Narkotikin təsiri altında ictimai nəqliyyatı idarə edən sürücülük hüququ olmayan şəxslər həbs olunacaq

2 dəq
Paylaş:
Narkotikin təsiri altında ictimai nəqliyyatı idarə edən sürücülük hüququ olmayan şəxslər həbs olunacaq
bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə...

Narkotikin təsiri altında ictimai nəqliyyatı idarə edən sürücülük hüququ olmayan şəxslər həbs olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər