Əsas məzmuna keç

Narkotik və alkoqolun təsiri altında taksi sürən şəxslər saxlanılıb

Narkotik və alkoqolun təsiri altında taksi sürən şəxslər saxlanılıb

Bakıda və spirtli içkilərin altında fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, paytaxt ərazisində yol hərəkətinin təhlükəsizliyi məqsədi ilə polis əməkdaşları tərəfindən oktyabrın 18-də keçirilən tədbirlər nəticəsində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən ediliblər. Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında aparılan araşdırmalarla vasitəsini narkotikin təsiri altında idarə edən 20, sərxoş vəziyyətdə idarə edən 51, avtoxuliqanlıq edən 13, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliyə yol verən 22 nəfər taksi sürücüsü aşkarlanıb. Həmin sürücülərin sırasında çoxluq təşkil edənlər “Toyota Prius” markalı avtomobil idarə edən şəxslər olublar ki, onların da bir neçəsinin taksi fəaliyyəti adı altında paytaxt ərazisində narkokuryerlik etmələri məlum olub. Bakı şəhərində hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…