Əsas məzmuna keç

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Xidmətinin Sərhəd Qoşunlarının “” və “” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 68 qram olan - marixuananın və 1488 ədəd metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, avqustun 26-da saat 08:40-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 520 qram olan narkotik vasitə - marixuana və 1488 ədəd metadon M-40 həbinin, avqustun 30-da saat 01:40-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 12 kiloqram 548 qram olan narkotik vasitə - marixuananın qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsinin qarşısı alınıb.

Həmin faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…