Əsas məzmuna keç

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan "Operativ...

Şirvanda tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Şirvan Şəhər Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Amid Xancanov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı marixuana, yaşadığı ünvandan isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…