Narkokuryerliyə cəlb edilən şəxs tutulub

Narkokuryerliyə cəlb edilən şəxs tutulub
03.09.2023 09:02
Aa
dəq

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Cavid Mustafayevin sərnişin qismində əyləşdiyi "Opel" markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman saxlanılıb.

C.Mustafayevin üzərinə, eləcə də əyləşdiyi avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən təmiz çəkisi 1 kiloqram 400 qram olan narkotik vasitə - heroin və 50 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı C.Mustafayev Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə tanış olduğu etiraf edərək, aşkarlanan narkotik vasitəni 1 000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Bundan əlavə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində bu istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan çəkisi 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu