Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbir keçirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbirdə münaqişədən sonra şəhərlərin təhlükəsiz və davamlı şəkildə yenidən qurulması, humanitar mina fəaliyyəti, infrastrukturun inkişafı və icmaların geri qayıtması yolları müzakirə olunacaq.