Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, aprelin 26-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təşkil olunan buraxılış imtahanında dörd şagird 300 bal toplayıb. İmtahanda iştirakı nəzərdə tutulan 55 282 nəfərdən 398-i imtahanda iştirak etməyib, iki nəfər isə qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb.
İmtahan nəticələri ilə bağlı yarana biləcək müraciətlərə baxılması məqsədilə DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Müraciət etmək istəyən şəxslər aşağıdakı qaydalara riayət etməlidirlər:
- Qeydiyyat iyunun 1-i saat 10:00-dan iyunun 3-ü saat 17:00-dək aparılacaq.
- Müraciət üçün DİM-in rəsmi saytında yerləşdiriləcək elektron ərizə doldurulmalıdır.
- Göstərilən müddətdən sonra edilən müraciətlərə baxılmayacaq.