Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İşğaldan azad edilən ərazilərdə yeni fond yaradılır

2 dəq
Paylaş:
İşğaldan azad edilən ərazilərdə yeni fond yaradılır

İşğaldan Azad Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq.

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax