Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Astara gömrükçüləri İrandan gələn yükdə 22 kiloqramdan çox marixuana aşkar edib

1 dəq
Paylaş:
Astara gömrükçüləri İrandan gələn yükdə 22 kiloqramdan çox marixuana aşkar edib

Astara İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz yolla ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hadisə “Cənub-Astara” gömrük postunda alınıb.

İrandan Rusiyaya “kahı” daşıyan vasitəsi stasionar rentgen qurğusundan keçirilərkən şübhəli cizgilər müşahidə edilib. Nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub və kinoloji xidmət itinin köməyi ilə aparılan baxış zamanı yükün içərisində gizlədilmiş qadağan olunmuş maddələr aşkarlanıb.

Yoxlama nəticəsində üzəri “kahı” ilə örtülmüş 191 ədəd bağlamada ümumi xalis çəkisi 22 kiloqram 565 qram olan qurudulmuş marixuana edilib.

Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax