Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına əsasən, İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin qanunsuz yolla keçirilməsinə cəhd göstərilib. Hadisə DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində aşağıdakı qadağan olunmuş maddələr aşkar edilib:
- 35 kiloqram 200 qram marixuana;
- 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi.
Faktla bağlı hazırda zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.