Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsində təmir işləri aparılacaq

1 dəq
Paylaş:
Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsində təmir işləri aparılacaq

Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı–İsmayıllı–Qəbələ yolunun 0–8 km hissəsində aparılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti olaraq Muğanlı–Ağsu––İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax