Musayev: "Zirə" ilə oyunlar həmişə derbi kimi keçir"

Musayev: "Zirə" ilə oyunlar həmişə derbi kimi keçir"
15.03.2023 23:08
Aa
dəq

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu (2:0) şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Zirə” ilə oyunlar həmişə derbi kimi keçir. Hər top uğrunda mübarizə gedir. İkinci hissə qol vura bildik. Sonra rəqibin də ayağı açıldı. Oyun 50/50-yə keçdi. Hər iki komanda qalib gələ bilərdi.

Amin Seydiyevə verilən sarı vərəqə doğru idi. Lakin ikinci vərəqə heç də düzgün deyildi. Ona görə mən də səsimi yüksəltməyə məcbur oldum. Buna baxmayaraq, rəqibə iki dəfə sarı vərəqə verilməli idi, amma verilmədi.

Bəxtiyar Həsənalızadənin əli gipsdə idi. O, artıq sıralarımıza qayıdır. 

Mən qapıçımı milli komandada görəcəyim üçün çox şadam. “Şamaxı” ilə oyunda səhv etsə də, son oyunlar yaxşı çıxış edir. Bütün hallarda, son qərarı millinin çalışdırıcısı verir.

Amin Seydiyev ikili mübarizələrdə çox yaxşı çıxış edir. Tellur da oyuna qoşulduqdan sonra pis oynamadı. Haqqını vermək lazımdır. 

Hazırda bizim və “Beşiktaş”ın rəhbərliyi arasında danışıqlar gedir. Milli komandalarla bağlı yaranacaq fasilədə oynamayacağıq. Həmin müddətdə oynamağı istəyərik.

“Qarabağ”a kömək lazımdırsa, biz bu barədə Qurban müəllimlə danışa və köməklik edə bilərik”.

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu