Bu gün Almaniyada 59-cu Münhen Təhlükəsizlik Konfransı işə başlayır.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, konfrans panellərindən biri Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunub.
Belə ki, fevralın 17-də “Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi” mövzusunda panel müzakirəsi keçiriləcək. Bu panel müzakirəsində ATƏT-in Baş katibi Helqa Şmid və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştirakı gözlənilir.
Konfrans zamanı həmçinin Ukraynadakı müharibə, enerji və su təhlükəsizliyi məsələləri, iqlim dəyişikliyi ilə mübarizə və digər aktual mövzular müzakirə olunacaq.