Operativ Məlumat Mərkəzi

Bu gün İlham Əliyev və Paşinyan görüşəcək?

1 dəq
Paylaş:
Bu gün İlham Əliyev və Paşinyan görüşəcək?

Azərbaycanın Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu gün Almaniyanın Münhen şəhərində görüş baş tutmayacaq.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Ermənistan Administrasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Armen Xaçatryan bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, ABŞ dövlət katibi Entoni Blinken, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts və başqaları Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər