Operativ Məlumat Mərkəzi

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti uzadılıb

1 dəq
Paylaş:
Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti uzadılıb

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edib.

Dəyişikliyə əsasən, yuxarıda qeyd olunan şəxslər (ailələr) 2030-cu ilə qədər (bundan əvvəl 2021–2025-ci illər) mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin ediləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər