“Muğanbank”da qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb

“Muğanbank”da qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb
17.03.2023 16:39
Aa
dəq

“Muğanbank” ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.

“Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
    
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Həftənin ən çox oxunanları

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək
DAVAMIN OXU davamın oxu

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu