Müdafiə Nazirliyi hərbçilərin pensiya yaşının artırılmasına münasibət bildirib

Müdafiə Nazirliyi hərbçilərin pensiya yaşının artırılmasına münasibət bildirib
29.11.2023 13:40
Aa
dəq

Azərbaycanda hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılmasının səbəbi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunda xidmət etmək istəyənlərin sayı çoxalır: "Biz yaş həddini artırmaqla onlara inkişaf və orduda xidmət etməyə şərait yaradırıq. Bunu etməklə də onların pensiyaya çıxmaq hüququnu pozmamaq üçün həmin faizləri də üstünə gəlirik. Hətta bu faizlərin digər qurumlarda 2 faiz olmasına baxmayaraq, biz 3 faiz üzərinə gələcəyik".

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamətə təklif edilən dəyişikliklə dövlət tərəfindən yetişdirilməsinə zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu