Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ
25.07.2024 17:21
Aa
dəq

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə bəyanat yayıb.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan bəyanatda deyilir:

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar vermişdir. Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır.

Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.

Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir.

Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir".

Həftənin ən çox oxunanları

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunda toplanış keçirilib

Azərbaycan Ordusunda toplanış keçirilib
DAVAMIN OXU davamın oxu

Hərbçilərə güzəştli ipoteka kreditlərinin şərtləri MƏLUM OLDU

Hərbçilərə güzəştli ipoteka kreditlərinin şərtləri MƏLUM OLDU
DAVAMIN OXU davamın oxu

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə şərti sərhəddə - FOTO

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə şərti sərhəddə - FOTO
DAVAMIN OXU davamın oxu

Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI

Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI
DAVAMIN OXU davamın oxu