MTK-ların sayğaclara görə pul tələb edə bilər? - AÇIQLAMA

MTK-ların sayğaclara görə pul tələb edə bilər? - AÇIQLAMA
07.12.2023 18:40
Aa
dəq

Baş Prokurorluq “Mənzil-tikinti kooperativinin (MTK) mülkiyyətçilərdən çoxmənzilli binalarda elektrik, su və qaz sayğaclarına və onların quraşdırılmasına görə vəsait tələb edə bilərmi?” sualına aydınlıq gətirib.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilir və quraşdırılır:

“Sözügedən qanunvericilik aktlarının tələblərinə görə hüquqi şəxs olan istehlakçı üçün sayğac onun öz vəsaiti hesabına təchiz edilir və quraşdırılır. Həmçinin, adıçəkilən qanunların müvafiq olaraq 8-ci, 13-cü və 23-cü maddələrinə uyğun olaraq, yaşayış binaları sayğaclarla təchiz edildikdən sonra istismarına icazə verilə bilər.

Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə əsasən istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

Bu baxımdan, sayğaclara və onların quraşdırılmasına görə xərclər bina tikintisinə çəkilən ümumi xərclərin tərkibinə aid edilməklə, mənzilin satış qiymətinə və ya pay haqqına daxil olunmalıdır”.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu